Biləsuvarda 9 bələdiyyə sədri CƏRİMƏLƏNƏCƏK

16 Sentyabr 2024 16:13 (UTC+04:00)

Biləsuvar rayonunda yerləşən bələdiyyələrin sədrləri ilə bağlı toplu şəkildə inzibati protokol tərtib edilir. SİA xəbər verir ki, Biləsuvar rayon Bələdiyyəsinin ardınca İsmətli, Dəvrişli, Səmədabad, Nəsimi, Əsgərabad, Aşağı Cürəli, Yuxarı Cürəli, Çaylı, Yuxarı Ağalı bələdiyyələrinin sədrləri haqqında İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Qeyd edək ki, protokollar təsdiq edilərsə, bələdiyyə sədrləri 1000 manat məbləğində cərimə ediləcək