“Qəbələ” daha bir transfer gerçəkləşdirib

16 Sentyabr 2024 15:47 (UTC+04:00)

“Qəbələ” daha bir transfer gerçəkləşdirib. SİA klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, “Qəbələ” akademiyasının yetirməsi olan Elşad Tağıyevlə "1+1" illik müqavilə imzalanıb.

23 yaşlı hücumçu daha əvvəl “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib. “Neftçi”nin əvəzedici heyətində də forma geyinən E.Tağıyevin son komandası “Şamaxı” olub.