Məşhur müğənni Şakira Mayamidə verdiyi konsertdə ön cərgədə əyləşən tamaşaçılar onun ətəyinin altını görməyə çalışdıqları üçün səhnəni tərk edib. Bu anlara sosial şəbəkələrdə reaksiyalar gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şakira rəqs edərkən onun ətəyinə baxan tamaşaçıları görəndə tələsik səhnədən düşüb.
Çəkilən videoda Şakira Mayamidə yeni mahnısı Soltera ilə rəqs edərkən görünür. Tamaşaçılardan bəzilərinin onun ətəyinə baxdığını görən 47 yaşlı məşhur ad rəqsi dayandırıb və başını bulayaraq izləyicilərə xəbərdarlıq edib. Məşhur müğənni daha sonra səhnədən düşür və VİP zonada təhlükəsizlik işçiləri ilə söhbət edir. Çirkin görüntülər sosial mediada reaksiyaya səbəb olub.