Nyu-York birjasında təbii qazın qiyməti azalıb

16 Sentyabr 2024 09:55 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,22 % azalaraq 2,266 ABŞ dolları təşkil edib.