Goranboyda ağır yanıq xəsarətləri alan 6 aylıq körpə xəstəxanada ölüb. SİA-nın məlumatına görə, 2024-cü il təvəllüdlü Ö.Mamedov gecə saatlarında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında ölüb.
Həkimlərinin tibbi müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.