Bu rayonlarda su kəsiləcək

16 Sentyabr 2024 03:17 (UTC+04:00)

Sanqaçal istiqamətində Kür 1 xəttində baş verən qəza hadisəsinin aradan qaldırılması işləri davam etdirilir. Bu barədə SİA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Qeyd olunub ki, təmir işləri ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbail rayonunun bir həssəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.