Trampa qarşı sui-qəsd cəhdi olub

15 Sentyabr 2024 23:37 (UTC+04:00)

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub.

SİA xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin məlumat verib.

"Tramp növbəti sui-qəsd cəhdindən sonra sağ-salamatdır. Onu öldürməyə çalışırlar. Qalib gəlməsinə mane olmaq üçün hər şeyi edəcəklər", - deyə konqresmen X sosial hesabında qeyd edib.