Rusiya regionunda yanğın səbəbindən qatarlar gecikib

15 Sentyabr 2024 21:44 (UTC+04:00)

Voronejdə yanğının söndürülməsi ilə əlaqədar bir neçə qatarın hərəkəti qısa müddətə ləngiyib. Bu barədə “Vesti Voronej” məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, yanğın Otrojka mikrorayonunda baş verib.

Cənub-Şərq Dəmir Yolunun mətbuat xidmətindən bildirilib ki, hadisə yerində yanğınsöndürən qatarlar işləyir. Mətbuat xidməti bildirir ki, bir neçə şəhərətrafı qatar bir-iki dəqiqə geciksə də, nəqliyyatın hərəkəti kəsilməyib.

Nazlı Almuradova