Tovuzda yol qəzası olub, xəsarət alanlar var

15 Sentyabr 2024 21:57 (UTC+04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. "Toyota" ilə "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.