Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari” və “Red Bull”un pilotları mübarizəni dayandırıblar

15 Sentyabr 2024 16:46 (UTC+04:00)

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında iki pilot mübarizəni dayandırıb. SİA xəbər verir ki, "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns və “Red Bull”un meksikalı sürücüsü Serxio Peresin idarə etdiyi bolid təhlükəsizlik maneəsinə çırpılıb. Onların avtomobili trasdan kənarlaşdırılıb.