Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

15 Sentyabr 2024 10:20 (UTC+04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə bağlı Azərbaycanı təbrik edib. SİA xəbər verir ki, bununla bağlı nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə azərbaycanlı qardaşlarımzı təbrik edirik. Müstəqillik uğrunda həyatını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”, - paylaşımda qeyd olunub.