Ölkədə bu xidmətlərin qiyməti artdı

15 Sentyabr 2024 10:07 (UTC+04:00)

Bu ilin avqust ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0.4% artıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu ilin yanvar-avqust aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrlə müqayisədə 0.6% bahalaşıb. Bundan başqa, ötən ay rabitə xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0.3% artıb.