İsrailin mərkəzində hava hücumu xəbərdarlığı elan edilib

15 Sentyabr 2024 09:16 (UTC+04:00)

İsrailin mərkəzi rayonlarında, Tel-Əviv yaxınlığında hava hücumu sirenləri səsləndirilib. SİA xəbər verir ki, bu barədə İsrail Ordusu öz Telegram kanalında məlumat yayıb.

“Sərhədi şərqdən keçərək açıq əraziyə düşən “yer-yer” tipli raketin aşkarlanması ilə bağlı ölkənin mərkəzində xəbərdarlıq elan edilib, itki yoxdur”, - məlumatda deyilir.

Hərbçilərin məlumatına görə, raket Yəməndən atılıb.