Göygöldə yük avtomobili dəmir maneə çırpıldı - xəsarət alanlar var

15 Sentyabr 2024 08:11 (UTC+04:00)

Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib. SİA xəbər verir ki, 1972-ci il təvəllüdlü V.Məmmədovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində sürücü ilə birgə sərnişin, 1983-cü il təvəllüdlü C.Məmmədov xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.