Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas olunub - VİDEO

14 Sentyabr 2024 15:22 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə onaltımərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2018-ci il təvəllüdlü Y.Axundzadəni və 2021 ci il təvəllüdlü A.Axundzadəni xilas edərək ailə üzvlərinə təhvil veriblər.

https://youtu.be/-rjic7GTb8c