"Gəncə" basketbol komandası oyunçusu ilə müqavilə müddətini artırıb

14 Sentyabr 2024 14:50 (UTC+04:00)

"Gəncə" basketbol komandası oyunçusu ilə müqavilə müddətini artırıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümdən qərb təmsilçisinin şərəfini qoruyan Nicat Hüseynov ilə bir illik müddəti əhatə edən yeni anlaşma imzalanıb.

17 yaşlı hücumçu Gəncə basketbol məktəbinin yetirməsidir.