Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

14 Sentyabr 2024 14:16 (UTC+04:00)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. SİA-nın məlumatına görə, əklil mərhumənin məzarı üstünə qoyulub.

Qeyd edək ki, F.Səttarova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıq.