"Alpin" komandasının pilotunun bolidində problem aşkarlanıb

14 Sentyabr 2024 13:05 (UTC+04:00)

"Alpin" komandasının pilotu Esteban Okonun Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib. SİA xəbər verir ki, üçüncü sərbəst yürüş zamanı sürücünün avtomobili trasda dayanıb.

Buna onun bolidində aşkarlanan problem səbəb olub.

Hadisə nəticəsində qırmızı bayraq qaldırılıb.