Mehmet Əli Ərbil yenidən evlənir

14 Sentyabr 2024 06:39 (UTC+04:00)

Türkiyəli şoumen Mehmet Əli Ərbil, özündən 42 yaş balaca sevgilisi Gülsərən Ceylan ilə barışıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikilini müğənni Serdar Ortac barışdırıb. Onlar hər üçü birlikdə restorandan çıxarkən görüntülənib. Ərbil barışığın Serdar Ortaç sayəsində baş tutduğunu və çox yaxında yenidən toy edəcəklərini bildirib. O, nikah şahidlərinin Sərdar Ortac və İbrahim Tatlısəsin keçmiş xanımı Dərya Tuna olacağını açıqlayıb.