ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısı genişləndirib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. “Rossiya Seqodnya” media qrupuna və onun baş direktoru Dmitri Kiselyova, həmçinin “TV-Novosti” və “Avrasiya” QHT-sinə qarşı sanksiyalar tətbiq edilib.
Nazirlik “Rossiya Seqodnya” media qrupu və "TV-Novosti" ilə əməliyyatları noyabrın 13-dək başa çatdırmaq üçün son tarix qoyub. “Avrasiya” QHT-nin direktoru Nelli Parutenkoya da məhdudiyyətlər qoyulub.