Azərbaycan “Kosmik iqtisadiyyat üzrə liderlərin V Sammiti”ndə...

13 Sentyabr 2024 21:26 (UTC+04:00)

"Azərkosmos" bu il Braziliyanın ev sahibliyi edəcəyi G20 zirvə görüşü çərçivəsində sentyabrın 11-dən 13-dək keçirilmiş “Kosmik iqtisadiyyat üzrə liderlərin V Sammiti”ndə təmsil olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, sammit kosmik fəaliyyətin kommersiya, elm və siyasi aspektlərini özündə birləşdirən kosmik iqtisadiyyatın inkişafına yönəlmiş qlobal tədbirdir. Məqsəd kosmik iqtisadiyyatın inkişafı və genişləndirilməsini müzakirə etmək üçün hökumətlərin, kosmik agentliklərin və özəl sektorun liderlərini bir araya gətirməkdir.