İranın Sistan-Bəlucistan əyalətinə bağlı Mircave rayonunda naməlum silahlı şəxslərin sərhəd mühafizəçilərinə atəş açması nəticəsində 3 İran əsgəri həlak olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pakistan sərhədindəki Mircave rayonunda avtomobilin içində olan naməlum şəxslər sərhəd mühafizəçilərinin avtomobilinə atəş açdı.
Hücumda biri leytenant rütbəsində olan 3 İran əsgəri öldürülüb, 1 mülki şəxs yaralanıb.
Naməlum şəxslərin ələ keçirilməsi üçün genişmiqyaslı əməliyyat başladılıb.