Əhalinin yeni sayı açıqlandı

13 Sentyabr 2024 16:46 (UTC+04:00)

Ölkə əhalisinin sayı bu ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqust ayının 1-i vəziyyətinə 10 milyon 204 min 247 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.