"SSRİ-dən bizə lənət olunmuş miras qalıb". SİA xəbər verir ki, bu sözləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, sulfat turşusu istehsalı sexi var: "Zavod tikildi, amma təmizləyici qurğunu tikmədilər. Hər qurumun səlahiyyətləri kimi, öhdəlikləri də var. Bizim elə layihəmiz olmayıb ki, ətraf mühitlə bağlı məsələni gözardı edək".