“Hazırda COP29-la bağlı Bakı Metropoliteninin iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Lakin şəhərimizə dövlət rəsmiləri, mötəbər qonaqlar gələcək. Bununla əlaqədar olaraq yerüstü nəqliyyatın fəaliyyət rejiminə uyğun olaraq Bakı Metropolitenində də müvafiq tənzimləmələrin hər biri təsdiq olunacaq”. SİA xəbər verir ki, bu sözləri jurnalistlər açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda bütün qurumlarla intensiv əlaqələr qurulub: “O cümlədən COP29 əməliyyat şirkəti ilə məsləhətləşmələr, tövsiyələrin alınması, məlumatların toplanılması mərhələləri davam edir. COP29 dövründə nəinki qonaqlarımız hətta Bakı Metropolitenindən daimi istifadə edən sərnişinlərin də rahatlığı məqsədilə bütün tədbirlər görüləcək”.