Metropolitendə qatarlararası intervalda dəyişiklik edilib

13 Sentyabr 2024 14:02 (UTC+04:00)

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq. SİA xəbər verir ki, “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər qatarlar arasında interval 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.

Təqvim üzrə digər istirahət, bayram və kütləvi tədbirlərin keçiriləcəyi günlərdə sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə əvvəlcədən məlumatlar veriləcək.