Sudanda vəba epidemiyası - ölənlərin sayı 252-yə çatıb

13 Sentyabr 2024 11:56 (UTC+04:00)

Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasında həyatını itirənlərin sayının 252-yə çatdığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə 8 ştatda yayılan epidemiyaya yoluxma hallarının ümumi sayının 7 min 296-ya yüksəldiyi bildirilib.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.