Yasamalda obyektdən 11 noutbuk oğurlanıb

13 Sentyabr 2024 11:13 (UTC+04:00)

Sentyabrın 11-də Yasamal rayonu ərazisində yerləşən bir obyektdən 11 ədəd noutbukun oğurlanması barədə polisə məlumat daxil olub. SİA DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı R.İbişov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.