Həvəskar boksçu vurub əmisini öldürüb…

12 Sentyabr 2024 21:47 (UTC+04:00)

…Omskda 31 yaşlı həvəskar boksçu qohumunu qətlə yetirdiyinə görə məhkəmə qarşısına çıxacaq.

SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, 2024-cü il iyunun 7-də Rojdestvenskoqo küçəsindəki mənzildə əvvəllər məhkum olunmuş 31 yaşlı həvəskar boksçu 52 yaşlı əmisini spirtli içkiyə aludəçiliyinə görə döyüb və nəticədə xəsarət əmi ölüb. Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma”) ilə araşdırılıb.

İstintaq zamanı təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Nazlı Almuradova