İyul ayının sonlarından başlayaraq 168 min 823 dərsliyin və 156 min 96 bədii ədəbiyyatın muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, sentyabrın 12-dən isə muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Muxtar respublikaya gətirilən yeni ədəbiyyatlar da şagirdlərin istifadəsi üçün məktəb kitabxanalarına təhvil verilib.