Ümumi çəkisi 35 kiloqramdan çox olan narkotik vasitə götürülüb

12 Sentyabr 2024 11:55 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 11-də ümumi çəkisi 35,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilən 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.