Şabran sakininə qarşı 10 min manatlıq dələduzluq olunub

12 Sentyabr 2024 11:21 (UTC+04:00)

Şabran rayon sakininin aldadılaraq 10.000 manatının alınması barədə polisə məlumat daxil olub. SİA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb.

Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub.

Araşdırma aparılır.