“Sərhədçi” heyətini ABŞ-li basketbolçu ilə gücləndirib

11 Sentyabr 2024 16:33 (UTC+04:00)

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə daha bir basketbolçu qatıb. Klubdan SİA-ya verilən məlumata görə, komanda ABŞ-li basketbolçu Marlon Teylorla anlaşıb.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Marlon Teylorun son klubu Yeni Zelandiya təmsilçisi “Vellinqton Saynts” olub.