Azərbaycan klubu daha bir amerikalı basketbolçu transfer edib

11 Sentyabr 2024 16:07 (UTC+04:00)

“Şəki” komandası heyətinə daha bir basketbolçu cəlb edib. Klubdan SİA-ya verilən məlumata görə, bölgə təmsilçisi amerikalı Karl Consla anlaşıb. Hücumçu mövqeyində çıxış edən basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

“Şəki” daha əvvəl Azərbaycan millisinin üzvü Ərcan Donat və amerikalı Kris Bartonu transfer edib.