Naxçıvanda orta aylıq əmək haqqı 17 % artıb

11 Sentyabr 2024 14:19 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 777 manat təşkil edib. Bu barədə SİA-ya Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % çoxdur.