Gömrükçülər ölkəyə 25 kiloqramdan artıq qanunsuz gümüş gətirilməsinin qarşısını alıb

11 Sentyabr 2024 13:17 (UTC+04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 25 kiloqramdan artıq gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşının baqaj yüklərinə rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

2 ədəd baqaj yüklərində aparılan yoxlama zamanı ümumilikdə 77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib

Faktla bağlı araşdırma aparılır.