21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün 8-ci oyununa çıxıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, F qrupunda yer alan millimiz Bakıda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanı Fransadan olan hakimlər briqadasının idarə edin.
Qeyd edək ki, hazırda Azərbaycan millisi 8 oyundan 3 xalla qrupda sonuncu, rəqibi Serbiya isə 8 matçdan 13 xalla 3-cü yeri tutur.
10 sentyabr
19:00. Azərbaycan (U-21) – Serbiya (U-21) - 0:2
Qollar: Vikaşin Curceviç, 26, Yovan Miyatoviç, 40
Hakimlər: Bastien Dechepy, Alexis Auger, Brice Parinet Le Tellier, Florent Batta (Fransa)
"Dalğa Arena"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Ukrayna | 7 | 7 | 0 | 0 | 17-3 | 21 |
2 | İngiltərə | 8 | 6 | 1 | 1 | 32-5 | 19 |
3 | Serbiya | 9 | 4 | 1 | 4 | 12-18 | 13 |
4 | Lüksemburq | 9 | 2 | 1 | 6 | 6-23 | 7 |
5 | Şimali İrlandiya | 7 | 2 | 1 | 4 | 4-8 | 7 |
6 | Azərbaycan | 8 | 1 | 0 | 7 | 4-18 | 3 |