Şoyqu BRİKS-in gələcəyini proqnozlaşdırıb

10 Sentyabr 2024 21:06 (UTC+04:00)

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BRİKS-in iqtisadi potensialının artacağını proqnozlaşdırır.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda BRİKS-in təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrinin görüşü zamanı bildirib.

Şoyqunun dediyinə görə, bu təşkilatın “böyük gələcəyi” var. Xatırladaq ki, BRİCS Braziliya Federativ Respublikası, Rusiya Federasiyası, Hindistan Respublikası, Çin Xalq Respublikası və Cənubi Afrika Respublikasının dövlətlərarası birliyidir.

1 yanvar 2024-cü ildə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya BRİKS-ə qoşulub.

Bundan əvvəl Bloomberg məlumatlı mənbələrə istinadən Türkiyənin BRİKS-ə qoşulmaq üçün ərizə təqdim etdiyini bildirmişdi.

O da bildirilib ki, bu addım Türkiyə tərəfinin dünyada nüfuzunu gücləndirmək, inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirmək istəyidir.

Avropa İttifaqının xarici siyasət sözçüsü Peter Stano bildirib ki, Türkiyənin hansı bloklara qoşulacağına qərar vermək hüququ var. O qeyd edib ki, bu ölkə Avropa İttifaqına üzvlüyə namizəd olmaqda davam edir.

Əli Babayev