Tacikistan vətəndaşlarına Belarusa getməməyi tövsiyə edib

10 Sentyabr 2024 20:56 (UTC+04:00)

Tacikistan vətəndaşlarına “müvəqqəti olaraq Belarusa səyahətdən çəkinməyi” tövsiyə edir.

SİA xəbər verir ki, müvafiq müraciət səfirliyin saytında yerləşdirilib.

Buna səbəb “Belarus Respublikasında xarici vətəndaşların hava keçid məntəqələrində dövlət sərhədindən keçməsinə nəzarət rejiminin gücləndirilməsi” adlanır.

Düşənbə həmçinin öz vətəndaşlarını müvəqqəti olaraq Rusiyaya səfərdən də çəkinməyə çağırıb.

Əli Babayev