Rusiyalı alimlər iqlim dəyişikliyinin yeni modelini təqdim ediblər

10 Sentyabr 2024 20:28 (UTC+04:00)

...G.İ. Marçuk adına Hesablama Riyaziyyatı İnstitutunun əməkdaşlarının iddiasına görə, 2090-cı ilə qədər Arktikada buz qalmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovski Komsomolets” Climate Dynamics-ə istinadən xəbər verir.

Alimlər hesab edirlər ki, iqlimin istiləşməsi buna səbəb ola bilər. Tədqiqat Avrasiyanın şimalında mümkün istiləşməni araşdırıb. Hesablamalar üçün elm adamları atmosferin və okeanın ümumi dövriyyəsinin iki modelindən istifadə etdilər. Qeyd olunur ki, 2040-cı ilə qədər hesablamalar aparılarkən hər iki model demək olar ki, eyni nəticələr verib, lakin sonrakı dəyişiklikləri modelləşdirərkən model nəticələri fərqlənməyə başlayıb.

Deməli, yeni hesablamalar göstərib ki, nə vaxtsa Arktikada nə buz, nə də əbədi don qala bilər. Tədqiqatçıların fikrincə, bu, 2080-2090-cı illərdə baş verə bilər. Bununla belə, bu proqnoz özünü doğrultmaya bilər..?

Əli Babayev