İsveç yeni xarici işlər naziri təyin edib

10 Sentyabr 2024 19:53 (UTC+04:00)

Tobias Billström istefa verdikdən sonra İsveç Xarici İşlər Nazirliyinə əvvəllər miqrasiya naziri olmuş Mariya Malmer Stenerqaard rəhbərlik edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TT yazır.

İsveç hökumətində dəyişikliklər parlamentin çərşənbə axşamı, sentyabrın 10-da keçirilən iclasında məlum olub.

Mötədil Koalisiya Partiyasının nümayəndəsi və Billström partiyasının üzvü olan Stenerqaard 2022-ci ildən Miqrasiya Nazirliyinə rəhbərlik edib, ondan əvvəl isə 8 il parlamentdə işləyib.

Xarici İşlər Nazirliyindən əlavə, Aİ İşləri Nazirliyində yeni rəhbər peyda olub, onun əvvəlki rəhbəri Cessika Rosval Avropa komissarlığına namizəd olub - onu Cessika Rozenkrantz əvəz edəcək.

İsveçin yeni miqrasiya naziri isə indiyədək Kooperasiya və Xarici Ticarət Nazirliyinə rəhbərlik etmiş Yohan Forssel olacaq. Təhsil və Əmək və İnteqrasiya nazirliklərinin rəhbərləri də dəyişib.

Tobias Billström gözlənilmədən sentyabrın əvvəlində İsveç xarici işlər naziri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Media səbəb kimi Billströmin baş nazir Ulf Kristerssonla münaqişəsi ola biləcəyini yazıb, lakin o, özü bunu təkzib edir.

Əli Babayev