Peskov deyir ki, bu cür məlumat reallığa uyğun gəlmir..?

10 Sentyabr 2024 18:54 (UTC+04:00)

Böyük Britaniya İrandan olan beş fiziki və iki hüquqi şəxsə Rusiyaya dəstək verdiyi iddiası ilə sanksiya tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

...İrana qarşı sanksiya rejiminə yeddi, Rusiyaya qarşı sanksiya rejiminə üç yeni layihə əlavə edilib. Rusiyaya qarşı sanksiya rejiminə gəmilərin beş yeni spesifikasiyası əlavə edilib.

Bu, yenilənmiş sanksiyalar siyahısında qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Vaşinqtonun Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirmişdi.

Sentyabrın 7-də Amerikanın CNN telekanalı mənbələrə istinadən İranın Ukraynada istifadə etmək üçün Rusiyaya yaxın mənzilli ballistik raketlər ötürdüyünü bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu mesajı şərh edərkən deyib ki, hər dəfə bu cür məlumat reallığa uyğun gəlmir.

Əli Babayev