Strateji səviyyəyə yüksələn İQTİSADİ TƏRƏFDAŞLIQ - TƏHLİL

10 Sentyabr 2024 19:14 (UTC+04:00)

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın oz enerji daşıyıcılarını dünya bazarına çıxarması məsələsində İtaliyanın rolu danılmazdır və bu baxımdan da ölkələrimiz arasındakı münasibətlərdə iqtisadi əməkdaşlıq olduqca əhəmiyyətlidir. Məhz enerji daşıyıcılarımızın dünya bazarına çıxarmasında İtaliyanın müsbət rolu hələ də qalmaqdadır. Ölkəmizin İtaliya ilə münasibətlərinin dostluq, qarşılıqlı və əməkdaşlıq xətti üzrə getdikcə dərinləşməsi də təsadüfi deyil.

Ölkələrimiz arasındakı münasibətlərin daha da yaxşılaşması, əməkdaşlıq, dostluq səviyyəsinə çatması heç də təsadüfi deyil

Bildiyimiz kimi, neft-qaz müqavilələrindən əldə edilən məhsulun dünya bazarına çıxarılmasında İtaliyadan müstəsna rolu var və bu, ölkələrimiz arasındakı münasibətlərin inkişafına təsirsiz ötüşməyib. Bəli, həmin məqam iki ölkə arasında, Azərbaycan və İtaliya arasında əməkdaşlığının şaxələndirilməsi üçün əlverişli mühit yaradıb. Məhz belə bir mühitdə, belə bir şəraitdə ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlər günü-gündən dərinləşməkdədir və inkişafı da göz önündədir. Hal-hazırda Azərbaycan və İtaliya münasibətləri çoxşaxəlidir. Bu münasibətlər neft-qaz, enerji, kənd təsərrüfatı, tikinti, hərbi sənaye və digər istiqamətlərdə özünü göstərməkdədir. Bir sözlə, ölkələrimiz arasındakı münasibətlərin daha da yaxşılaşması, hətta əməkdaşlıq səviyyəsinə belə çatması əbəs yerə, eyni zamanda təsadüfi də deyil. Həmin münasibətlərin bundan sonra daha da yaxşılaşacağı proqnozunu verməkdə də hər kəs haqlıdır. Çünki hər iki ölkə buna maraqlıdır və ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi ilk növbədə, iqtisadi baxımdan həm İtaliya, həm də Azərbaycan üçün olduqca faydalıdır. Buna görə də əməkdaşlıq get-gedə daha da artır və artıq həmin münasibətlər dosluq müstəvisindədir.

Tərəflərin imzalanan bəyannaməyə sadiqliyi münasibətlərin yüksələn xətt üzrə inkişafını təmin edir

Göründüyü kimi, artıq uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi tanınırlar. Əməkdaşlığın bu səviyyəyə çatması bütün dünyada başadüşüləndir və məntiqidir. Ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevin sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışından da bəlli olur ki, əməkdaşlığımız tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xatırladaq ki, Azərbaycan ilə İtaliya arasında olan bu səviyyədə, dostluq və tərəfdaşlıq həddində olan əməkdaşlığı rəsmiləşdirəm müvafiq bəyannamə düz on il bundan əvvəl imzalanıb və tərəflərin bu bəyannaməyə sadiqliyi münasibətlərin yüksələn xətt üzrə inkişafını təmin edir. Bu isə onu deməyə əsas verir ki, hələ bundan sonra əlaqələr daha da genişlənəcək və əlaqələrin daha böyük əhəmiyyət kəsb edəcəyi də zərrə qədər şübhə doğura bilməz.

Gözləntilər daha da böyükdür və münasibətlərin genişlənməsi üçün əsaslı zəmin də var

Diqqətə çatdıraq ki, İtaliyanın bir nömrəli neft təchizatçısı məhz Azərbaycandır. Təkcə keçən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar həddində olub və bu rəqəm özü də çox şeydən xəbər verir. İlk növbədə ondan xəbər verir ki, ticarət dövriyyəsində artım var. Məsələn, son illərin statistik göstəricilərini müqaisə etdikdə görürük ki, ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3,4 dəfə artıb. Onu da unutmaq lazım deyil ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Qaz Boru Xəttinin çıxış nöqtəsi məhz İtaliyadır. Azərbaycanın ən böyük qaz ixrac sisteminin həmin xətt olduğunu da nəzərdən qaçırmamalıyıq. Elə bunu nəzərə aldıqda, məhz ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxunun elə İtaliyanın payına düşməsi də göründüyü kimi, səbəbsiz sayılmır.

Ötən il ərzində təxminən 5 milyard avroya yaxın dəyərində 10 milyard kubmetrə yaxın həcmdə İtaliyaya qaz ixrac olunub və xatırladaq ki, İtaliya Azərbaycan qazının nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. Deməli, ən qısa zamanda belə bir geniş həcmdə qaz nəqlinə nail olunub. Yəni çox böyük artım müşahidə olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla iqtisidi tərəfdaşlığa İtaliya tərəfi böyük maraq göstərir. Onu da nəzərə çatdıraq ki, gözləntilər daha da böyükdür və 2025-ci ildən münasibətlərin daha da gemişlənəcəyi, tərəfdaşlığın daha da artacağı gözlənilir. Bunun üçün sözün əsl mənasında əsaslı zəmin də var. Məsələn, ekspertlər belə hesab edilər ki, Ukrayna öz ərazisindən Rusiya qazının nəqlini 2025-ci il 1 yanvar tarixindən etibarən tam dayandıracağını bəyan edirsə, deməli, qış aylarında İtaliyanın təbii qaza ehtiyacə daha da artacaq. Sözsüz ki, nəticədə də dostluq münasibətləri fonunda Azərbaycan İtaliyaya zəruri qaz təchizatı üçün kifayət qədər həmin ölkəni təmin edəcək. Deməli, bu ortada olan statistik göstərici ən yaxın zamanda əhəmiyyətli dərəcədə artacaq.

İnvestisiya yatırılması münasibərlərin yaxınlığına, etimad mühitinin olmasına dəlalət edir

Heç də diqqətdən yaınan deyil ki, bu zamana qədər İtaliya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox investisiya qoyulub. Bu rəqəm ölkəmizə olan marağın, eləcə də etibarın təzahürüdür. Azərbaycan özü də İtaliyaya kifayət qədər sərmayə yatırın. Ölkəmizin İtaliyaya yatırdığı sərmayələrinin həcmi nə az, nə çox, düz 1,7 milyard ABŞ dolları təşkil edirsə, deməli, ölkəmizin də, bizim də marağımız ver və biz də dost ölkəyə etibar edirik. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanın sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sektorlarında İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətlərinin həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri məhz 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri məhz 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak etmələri özü də çox şeydən xəbər verir. İlk növbədə ondan xəbər verir ki, Azərbaycanın qeyri-neft ixracında İtaliyanın payı artmaqdadır. Unutmaq lazım deyil ki, qarşılıqlı hörmət və dərin münasibətlərə, dostluq münasibətlərinə əsaslanan əməkdaşlıqdan bəhrələnərək ölkələr bir-birilərinə investisiya yatırırlar. Görünür, Azərbaycanın İtaliyaya, İtaliyanın da Azərbaycana investisiya yatırması münasibərlərin yaxınlığına, etimad mühitinin olmasına dəlalət edir.