Bu cinayətləri törədənlər cavab verməlidirlər - Türkiyə XİN

10 Sentyabr 2024 14:21 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin onlarla mülki vətəndaşı öldürdüyü hücumu pisləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı açıqlamada deyilib: "İsrailin Xan Yunusda elan edilən "humanitar bölgə" deyilən ərazidə mülki şəxslərin qaldığı çadırlara hücumunu və onlarla fələstinlini qətlə yetirməsini pisləyirik.

Soyqırımçı Netanyahu hökuməti, bu cinayətləri törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Biz Fələstinlilərin ədalət və azadlıq yürüşündə yanında olmağa davam edəcəyik".