Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirərək, ölkəmizdə milli dövlət quruculuğu prosesinin uğurlu inkişafı, demokratik dövlət idarəçiliyi modelinin yaradılması, vətəndaş cəmiyyətinin bərqərar olunması, respublikanın iqtisadi inkişafının təmin olunması istiqamətində tarixi nailiyyətlərə yol açır. Bütün bunlar əslində Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyduğunu təsdiqləyir. Bu missiyanını fəlsəfəsi "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyərək fəaliyyətə başlayan cənab İlham Əliyevin 2003-cü ildə söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəm" fikirləri ilə real məzmun kəsb etməyə başladı. Və bu gün dövlət başçısı respublikada sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmiş, verdiyi bütün vədləri gerçəkləşdirmişdir. Öz fəaliyyəti ilə ümummilli liderə layiq şəxsiyyət olduğunu sübuta yetirən Prezident İlham Əiyev müasir dövrün tələb etdiyi siyasi lider imicini formalaşdırmışdır. Və bu gün bütün Azərbaycan xalqı, bütün dünya gördü ki, bu gün Azərbaycan aparıcı dünya dövlətlərinin sayəsində deyil, Prezident İlham Əliyevin qəti və dönməz mövqeyi nəticəsində ədalət, ərazi bütövlüyümüz bərpa olundu.
Bəli, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bu günə kimi etdiyi müraciətləri dünya səviyyəli siyasətçinin sərt, ədalətli, konkret mesajlarıdır. Bu mesajlarında məğlub dövlətə və onun məğlub xalqına dəfələrlə çatdırıb ki, xalqa, dövlətə yanan lider seçməlisiniz, nə qədər ki, səviyyəsiz lider var ağır günlər keçirəcəksin, ayılın!
Çünki Azərbaycan Lideri heç vaxt populist vədlər vermir. Onun sözü və imzası eyni çəkiyə malikdir və Azərbaycan xalqı son 20 ildə həmişə görüb ki, Prezident İlham Əliyev bütün ümummilli məsələlərdə qətiyyət nümayiş etdirir və Azərbaycanın haqlı mövqeyinin təsdiqlənməsinə nail olur. Məhz Prezident İlham Əliyev "Dəmir yumruq" siyasətinə əməl edən Güclü Azərbaycan ordusunun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə cəmi 44 gün davam edən İkinci Vətən müharibəsinində Ermənistan kapitulyasiya olaraq tamamilə aciz vəziyyətdə olmaqla, hələ də acı məğlubiyyətin ağrılarını, yaralarını sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiidir. Azərbaycan postmüharibə dövründə də liderlik göstərdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Reallığı düzgün dəyərləndirən Azərbaycan Lideri deyirdi ki, Azərbaycan ilk gündən qarşı tərəfə ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmasını təklif edib. Lakin Ermənistan üçtərəfli Bəyanatdakı şərtlərə əməl etmir. Postmüharibə dövründə ölkəmizin regionda yaratdığı reallıqlara diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: "Yəni, bütün bu reallıqları yaradan biz olmuşuq. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl "Qarabağ Ermənistandır" deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim "Qarabağ Azərbaycandır!" sözlərimin təkrarıdır".
Bəli, bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.
Digər ən əsas məqam isə Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. "İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq", - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan Prezidenti bütün çıxışlarında, müsahibələrində, görüşlərdə dəfələrlə bildirib ki, artıq Ermənistanını bir yolu qalmayıb: "Yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq".
Bəli, Prezident İlham Əliyevin son 20 il prezidentlik fəaliyyəti və əldə olunan nailiyyətlər bu faktorun təsdiqidir. Azərbaycan Prezidenti çıxışlarında da dəfələrlə qeyd edir ki, "Bizim sözümüz imzamız qədər keçərlidir". Bəli, keçərli olduğu qədər həm də dəyərlidir. Çünki Prezident İlham Əliyev imzası Azərbaycan xalqının parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilməz. Bir sözlə, Prezident İlham Əliyev son 20 illik prezidentlik fəaliyyəti dövründə əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Bəli, inanırıq ki, 30 ildən xeyi müddətdə işğal edilən torpaqları 44 günlük Vətən müharibəsi nəticəsində xilas edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev doğma Qarabağımızı cənnətə çevirəcək və bütün dünya bu diyarı daha da yaxından tanıyacaq. Dövlət başçımızın dediyi kimi: "Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik". Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri