Biləsuvarda iki kənd qazsız qalıb

10 Sentyabr 2024 12:13 (UTC+04:00)

Biləsuvar rayonunda qazıntı işi aparılarkən qaz xəttinin zədələnməsi nəticəsində iki kəndin qaz təchizatında fasilə yaranıb. SİA-nın məlumatına görə, rayonun Arazbarı kəndində internet xətti çəkən şirkət tərəfindən aparılan qazıntı işinin gedişində polietilen qaz xətti zədələnib.

Qaz sızması ilə əlaqədar rayonun Səmədabad və Arazbarı kəndlərində 550 abonentinin qaz təminatı dayandırılıb.