“COP29 ərəfəsində bağçalar fəaliyyət göstərəcək” - Emin Əmrullayev

10 Sentyabr 2024 10:54 (UTC+04:00)

“Hər il qəzalı məktəblərin sayı azalır. Əgər məktəb tədrisə yararlı deyilsə, məktəbləri birləşdirmirik. Sadəcə olaraq şagirdləri digər məktəblərə köçürük. Artıq qəzalı məktəblərin təqribən yarısı təmin edilib”. SİA xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Elm və Təhsil Naziri Emin Əmrullayev COP29 ərəfəsində bağçaların fəaliyyəti ilə bağlı məlumat verib.

O bildirib ki, işləyən anaları nəzərə alaraq COP29 ərəfəsində də bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur: “Yalnız xüsusi hallarda bəzi bağçaların fəaliyyəti məhdudlaşdırıla bilər”.