“Bu ilki tədris ilinə demək olar ki, hazırıq. Birinci sinifə şagird qəbulu yekunlaşır, təxminən 131-132 min birinci sinfə qəbul gözlənilir. Ümumilikdə 880 min ətrafında məktəbə hazırlığa uşaq qəbul olunacaq”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu il bakalavr səviyyəsinə rekord sayda, 59 mindən bir qədər çox tələbə təhsil almağa başlayacaq: “Məktəblərin hazırlığı işləri də artıq tamamlanır”.