21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edəcək.
"Dalğa Arena"da gerçəkləşəcək matç saat 19:00-da start götürəcək. Rəqib 8 qarşılaşmadan sonra 10 xalla üçüncü, komandamız 3 xalla (7 oyun) sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa uduzub - 0:2.