Şahzadə Harri Britaniya kral ailəsindən külli miqdarda pul alacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şahzadə Harri 40 illik yubileyii münasibətilə ulu nənəsindən 8 milyon funt sterlinq alacaq. Hələ 1994-cü ildə VI George-un o vaxtkı 94 yaşlı dul arvadı nəvələrinin rahat yaşayışını təmin etmək üçün 19 milyon funt sterlinqlik bir etimad fondu təsis edib. Tələblərə görə Harri, Uilyam və əmisi uşaqları ilk ödənişlərini 21, ikincisini isə 40 yaşında almalıdırlar.
Keçmiş saray işçisinin verdiyi məlumata görə bu sxem, "Kraliça Ana"ya nəvələrinə verdiyi hədiyyəyə görə vergi ödəməkdən azad olmaq üçün hazırlanmışdı. Şahzadə Harrinin sentyabrın 15-də 40 yaşı tamam olacaq.